
Polşa Silahlı Qüvvələrinə aid qırıcı təyyarələr Belarusun hava sərhədini pozub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı tviterdə məlumat yayıb. Hadisənin təsadüfən baş verdiyi qeyd olunub: "29 aprel gecə saatlarında Polşa Respublikası Silahlı Qüvvələri hava məkanında gündəlik patrul vəzifələrini yerinə yetirərkən, Belarusla dövlət sərhədi pozuldu. Hadisə təsadüfi idi və qısa müddət ərzində baş verib”.