Alimpaşa Məmmədovun saxladığı maral fermasının kadrları – VİDEO


DTX tərəfindən həbs edilən Alimpaşa Məmmədov Şəmkirdə həm də maral təsərrüfatı ilə məşğul olub.
Yeniavaz.com
xəbər verir ki, “Real TV” həbs edilən sabiq icra başçısının Şəmkirin Kür qəsəbəsindəki maral təsərrüfatından reportaj hazırlayıb. Bildirilib ki, o, bu təsərrüfatı icra başçısı təyin olunduqdan qısa müddət sonra yaradıb. Qeyd olunub ki, əvvəllər camış fermasının olduğu bu təsərrüfatı A. Məmmədov mənimsəyib və hal-hazırda burada 30-dan artıq maral saxlanılır.
Həmin reportajı təqdim edirik:

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun məhkəmə qərarı ilə həbs olunması haqda məlumat yayıb. O külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsi ilə ittiham olunur. Alimpaşa Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top