Zərifin səs qeydi ilə bağlı Con Kerri istintaqa çağırıldı


Senatorlar ABŞ-ın keçmiş dövlət katibi Con Kerrini İrana gizli məlumat ötürməkdə günahlandırır.
Yeniavaz.com
“Fox News”a istinadən xəbər verir ki, ABŞ-ın keçmiş dövlət katibi Con Kerri gizli məlumatları İrana verməsi iddiası ilə bağlı senata istintaqa çağırılıb. İstintaq zamanı ABŞ-ın 19 respublikaçı senatoru prezident Co Baydenə müraciət edərək, Kerrinin Ağ Evdəki Milli Təhlükəsizlik Şurasında yer aldığı iqlim səfiri vəzifəsindən çıxarılmasını istəyib.
Qeyd edək ki, bir neçə gün əvvəl İran xarici işlər naziri Cavad Zərifə məxsus ABŞ və Qasım Süleymani ilə bağlı qalmaqallı səs qeydi yayılmışdı. Həmin səs yazısında ABŞ-ın sabiq dövlət katibinin Zərifə gizli məlumat ötürüldüyü deyilirdi.

DİGƏR XƏBƏRLƏR

Top