Faiz dərəcəsinin ən yüksək və ən aşağı olduğu ölkələrin SİYAHISI


Xəbər verdiyimiz kimi, Azərbaycanda uçot faiz dərəcəsi Mərkəzi Bankın bu gün – 30 aprel 2021-ci il tarixində qəbul etdiyi qərara əsasən 6,25% həddində saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, Mərkəzi Bankın bu qərarından sonra Azərbaycan uçot faiz dərəcəsinə görə dünya ölkələrinin sıralamasında 43-cü sırada qərarlaşıb. 
Məlumat üçün qeyd edək ki, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni, Mərkəzi Bank bankları və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (6,25%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən əlavə olaraq 6,25 min manat ödəməli olacaq.
Uçot faiz dərəcəsinin ən yüksək səviyyədə olduğu 10 ölkənin siyahısı:
Venesuela - 45,34 %
Zimbabve – 40 %
Argentina – 38%
Yəmən – 27 %
Liberiya – 25 %
Surinam – 25 %
Türkiyə - 19 %
İran – 18 %
Haiti – 17 %
Anqola – 15,5 %
Uçot faiz dərəcəsinin ən aşağı səviyyədə olduğu 10 ölkənin siyahısı:
Böyük Britaniya – 0,1 %
Polşa – 0,1 %
İsrail – 0,1 %
Avstraliya – 0,1 %
ABŞ – 0,25 %
Peru – 0,25 %
Yeni Zelandiya – 0,25 %
Kanada – 0,25 %
Sinqapur – 0,26 %
Cənubi Koreya – 0,5 %

DİGƏR XƏBƏRLƏR

Top