
“Qırğızıstan-Tacikistan sərhədindəki münaqişə bizi narahat edir”
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O bildirib ki, Putin həmişə KTMT-yə üzv olan ölkələr arasındakı münaqişələrin həllində vasitəçi olmağa hazırdır:
"Hər iki tərəf xarici işlər nazirləri vasitəsi ilə əlaqə qurdu. Əlbəttə ki, Qırğızıstan və Tacikistan sərhədindəki münaqişə bizi narahat edir. Qəbul edilmiş atəşkəs qərarını yaxından izləyirik və alqışlayırıq. Ümid edirik ki, bu münaqişənin qarşısını alan qalıcı atəşkəs olacaq".