Avropa Parlamenti Çexiyanı dəstəkləmək üçün Rusiyaya qarşı Aİ-yə çağırış etdi


Avropa İttifaqı ölkələri Çexiyanı dəstəkləmək üçün Rusiya diplomatlarının koordinasiyalı şəkildə çıxarılması üçün çağırış edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Avropa Parlamenti Baş Assambleyasının iclasında qərar qəbul edilib. Qərarın mətnində, "Avropa Parlamenti Rusiyanın Çexiya Respublikasına qarşı təhdidlərini qınayır, Aİ hökumətləri və diplomatik qurumları tərəfindən qəbul edilmiş bütün həmrəylik hərəkətlərini dəstəkləyir” - deyə bildirilir. 
Qeyd edək ki, Avropa Parlamentinin çıxardığı qərarlar Aİ ölkələri üçün məcburi yox, yalnız məsləhət xarakteri daşıyır. 
Xatırladaq ki, Çexiya, Latviya, Litva, Slovakiya kimi ölkələrlə Rusiya arasında diplomatlarla bağlı bir müddətdir böhran yaşanır.

DİGƏR XƏBƏRLƏR

Top