
Mart ayında Azərbaycan tərəfindən sərbəst buraxılan Maral Nacaryanın adı bu dəfə də Ermənistan pasportu ilə bağlı qalmaqalda hallanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Belə ki, Nacaryan Qarabağda əsir götürüldükdən sonra erməni pasportunun əlindən alındığını və geri qaytarılmadığını iddia edib. Daha sonra Ermənistan hökumətinə yeni pasport üçün müraciət etsə də bununla bağlı heç bir cavab gəlmədiyini bildirib. Məsələ ilə bağlı açıqlama verən Ermənistan polisi isə Nacaryan tərəfindən heç bir sorğunun göndərilmədiyini bildirib. Nacaryan isə göndərdiyi müraciətin fotosunu paylaşaraq polis tərəfindən yayılan məlumatın yalan olduğunu və bununla bağlı qanuni addımlar atacağını bildirib.