"Şahdağ Turizm Mərkəzi" QSC-yə yeni direktor təyin olunub.
Yeniavaz.com xəbər verir ki, təyinat iki gün əvvəl – 28.04.2021-ci ildə rəsmiləşib.
Qeyd edək ki, Səid Salayev daha əvvəl Mingəçevir Turizm Kollecinin direktoru olub. Niamnamə kapitalı 546,8 milyon manat olan “Şahdağ Turizm Mərkəzi”nin bundan əvvəlki direktoru isə Almaniya vətəndaşı Rodderix Mark Leffleri olub.
Onu da bildirək ki, səhimləri dövlətə məxsus olan "Şahdağ Turizm Mərkəzi" QSC-nin ötən ilin dekabr ayında nizamnamə kapitalının azaldacağı ilə bağlı məlumat yayılsa da, bu baş tutmayıb.