"İcra başçısı həbs edilən rayonların deputatları istefa verməlidirlər" – İlqar Məmmədov


"Həbs edilən icra baçılarının sayı artır, amma o rayonların deputatları hələ də istefanı özlərinə borc bilmir".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Respublikaçı Alternativ Partiyasının(REAL) sədri İlqar Məmmədov özünün “facebook” səhifsəində yazıb. O, öz səhifsəində bir il əvvəl bu məsələ ilə bağlı paylaşdığı mövqeyini yenidən yayımlayıb:
"İcra başçısı həbs edilən rayonları təmsil edən deputatlar məncə könüllü istefa verməlidirlər və yenidən seçkiyə qatılmalıdırlar.
Birincisi, əgər prokurorluq onları bu qədər aşkar cinayətlərin törədilməsində şübhəli bilirsə və sən deputat olaraq indiyədək buna yaxın bir mövzuda ictimai çıxışlar etməmisənsə, istefa – sənin üzərinə düşən bir siyasi borcdur. İstefa ver, rayonda təzədən seçki keçirilsin. Yerli camaat səni haqlı bilərsə, deputat işini davam et.
İkincisi, ötən parlament seçkiləri haqda ATƏT-in yaydığı rəydə birbaşa deyilir ki, bir sıra yerli dövlət qurumları namizədlərə qanunsuz təzyiqlər göstərirdi və nəticədə onlar öz namizədliklərini geri götürürdülər. Bunu məhz hansı icra başçılarının etdiyini yazmasalar da, kriminal şəbəkə qurmaqda şübhəli bilinən icra başçıları şübhələnəcəyimiz bir nömrəli şəxslər olmalıdır.
Beləliklə, həmin dairələrə aid deputatların üzərində istefa ikiqat siyasi borc kimi durur".

DİGƏR XƏBƏRLƏR

Top