Rafiq Əliyev: "Koronavirus Çində ABŞ-la birgə yaradılan laboratoriyadan çıxan virusdur" - Video


“Məndə elmi rəqəm var, amma dəqiq deməyəcəyəm, qeyri-səlis deyəcəm: Yaxın bir neçə il ərzində bununla yaşamalıyıq, nə qədər vaksin olsa da”.

Bu sözləri dünya şöhrətli alim Rafiq Əliyev Yeniavaz.com-a müsahibəsi zamanı koronavirusla bağlı sualı cavablandırarkən deyib. R. Əliyev daha əvvəl də bəyan etdiyi kimi, COVID-19 virusunun Çində bir laboratoriyadan yayıldığını deyib:
“Bu günə kimi bu məsələ mübahisəlidir ki, virus hardan çıxıb. Keçən il çıxışım oldu. Bu gün də həmin fikirdə qalıram. Bu Çində laboratoriyadan çıxan bir virusdur. Bu qəsdən olan bir şey deyil, bu bioloji silah deyil. Bu laboratoriyada təhlükəsizliyin pozulmasıdır.  Bu cür laboratoriyalarda protokollar olur. Neçə adam orada işləyirsə hamısı üçün ayrıca protokollar yazılır. O protokollar pozulub. Mənim fikrim belədir ki, bu belədir. Özü də Çin laboratoriyanı ABŞ-la birgə yaratmışdı. O vaxtkı ABŞ prezidenti Barak Obama bunun ABŞ-da olmasını istəmədi, Çində etdilər. Məndə elmi rəqəm var, amma dəqiq deməyəcəm, qeyri-səlis deyəcəm: Yaxın bir neçə il ərzində bununla yaşamalıyıq, nə qədər vaksin olsa da. Mən qorxutmaq istəmirəm, ola bilər ki, mətbuatda getməsin bu hissə. Rəqəm də deyə bilərdim, amma deməyəcəyəm. Bunu bədahətən demirəm, dünya alimlərinin fikirləri var. Biz bununla yaşamağı öyrənməliyik. Bir neçə il gedəcək”.
R. Əliyev həmçinin, koronavirus əleyhinə vaksin vurdurmadığını da bildirib: “Vaksinin zərəri yoxdur. Başa düşmək lazımdır ki, 100 faizlik vaksin yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top