ABŞ Rusiyadakı səfirliyinin işçilərinin sayını 75 faiz azaldır


ABŞ-ın Rusiyadakı səfirliyi xarici vətəndaşların işə götürülməsinin qadağan edilməsi ilə əlaqədar olaraq konsulluq işçilərinin sayını 75 azaldır.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə səfirliyin saytında dərc olunan mesajda bildirilir: "Rusiya hökumətinin hərəkətləri bizi konsulluq işçilərimizi 75 faiz azaltmağa məcbur etdiyinə görə təəssüflənirik. ABŞ vətəndaşlarına mümkün qədər çox xidmətlər göstərməyə çalışacağıq”.
Məlumatda həmçinin bildirilib ki, 12 may tarixindən etibarən işçilərə qoyulan məhdudiyyətlər səbəbindən konsulluq xidmətlərinin sayı azalacaq.

DİGƏR XƏBƏRLƏR

Top