
Qırğızıstanın Tacikistanla sərhədində yerləşən Leyk bölgəsində yenidən atəşkəs pozulub.
Yeniavaz.com “İnterfax” istinadən xəbər verir ki, bu barədə Batken vilayətinin polis idarəsi məlumat verib. Atışmanın təxminən 1 saatdır davam etdiyi bildirilir. Qeyd edək ki, Tacikistanla sərhəddə silahlı toqquşmalar zamanı Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin xüsusi təyinatlı dəstəsinin 3 hərbçisi öldürülüb. Daha 22 hərbçi isə yaralanıb.