
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi "İnfinitech" MMC olub. Dövlət Xəzinədarlığı Agentliyi “Məlumat mərkəzində yerləşən avadanlığın dəstəklənmə müddətinin uzadılması, ehtiyat surətlərin saxlanılması və bərpası üçün aidiyyatı avadanlıq, proqram təminatının satınalınması” məqsədilə MMC-yə 1 milyon 971 min 508 manat 60 qəpik vəsait ayıracaq.