Fransada ilk dəfə Hindistan mutasiyası aşkarlandı


Fransada ilk dəfə koronavirusun Hindistan mutasiyasına rast gəlinib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Yeni Akvitaniya Regional Səhiyyə Agentliyi tərəfindən məlumat verilib. Mutasiyaya Fransanın Lot-et-Qaronne bölgəsində rast gəlinib. Həmin şəxsin Hindistandan gəldiyi bildirilib.
Hazırda ölkədə koronavirusa yoluxanların 82 faizi ingilis ştammından, 5 faizi isə Braziliya ştammından əziyyət çəkir.
Qeyd edək ki, ümumilikdə yoluxma sayı 5 milyon 592 min 390 nəfərə çatıb. Ölənlərin sayı isə 104 min 224 nəfər olub.
 

DİGƏR XƏBƏRLƏR

Top