Prezident Litvanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsbergisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yeniavaz.com xəbər verir ki, görüşdə Azərbaycan-Litva ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələləri müzakirə olundu. Dövlətimizin başçısı 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarının işğalı və postmüharibə dövründə yaranmış vəziyyətlə bağlı ölkəmizin mövqeyini çatdırdı.

Söhbət zamanı Azərbaycan Respublikası - Avropa İttifaqı əməkdaşlığı məsələləri müzakirə edildi və Azərbaycan Respublikası - Avropa İttifaqı arasında yeni saziş layihəsi üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvarlıq ifadə olundu.

***11:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsbergisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yeniavaz.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top