İsraildə bayram zamanı səhnə çökdü - 44 ölü, 103 yaralı


İsrailin şimalında yerləşən Meron dağında yəhudilərə məxsus “Lag BaOmer” bayramı qeyd olunduğu vaxt səhnə çöküb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 44 nəfər ölüb, 103 nəfər isə yaralanıb. Tibb işçiləri ölənlər arasında azyaşlıların da olduğunu bildirib. İsrailin baş naziri Benyamin Netanyahu hadisəni ağır fəlakət kimi qiymətləndirib.
Bayramda 100 min nəfərin iştirak etdiyi qeyd edilib. Hadisənin təfərrüatları ilə bağlı məlumat verilməyib. İsrail polisi məsələni araşdırır.

DİGƏR XƏBƏRLƏR

Top