Fuad Rəsulzadəni döyənlər şəhid Xudayarın qohumları imiş – RƏSMİ AÇIQLAMA


Xəbər verdiyimiz kimi “twitter”də Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə haqqında müzakirələrə səbəb olan paylaşım edən Fuad Rəsulzadənin fiziki zorakılığa məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyi araşdırma başladıb. Artıq araşdırma nəticəsində F. Rəsulzadəyə qarşı fiziki güc tətbiq edən şəxslər müəyyən olunub.
Bu barədə Yeniavaz.com-a açıqlamasında DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. O bildirib ki, sözügedən şəxslər Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur.
Bildirilib ki, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top