İtkin düşən zabitimizin şəhid xəbəri gəldi


Vətən Müharibəsində itkin düşın daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Yeniavaz.com xəbər verir ki, sonuncu dəfə ailəsi ilə oktyabrın 3-də əlaqə saxlayan leytenant Yusifov Əli Sülhəddin oğlunun nəşi bu gün aşkarlanıb.

1997-ci il təvəllüdlü şəhidimiz Şərur rayonunun Oğuz kəndindəndir. Evin tək oğlu olan şəhidimiz nişanlı idi.

Şəhidin nəşi sabah Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğuz kəndinə yola salınacaq və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top