Xəbər verdiyimiz kimi Ağsu Rayon İcra Hakimiyyətinə yeni icra başçısı təyin olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə Rövşən Elmidar oğlu Bağırov bu vəzifəyə təyin olunub.
Qeyd edək ki, o, 2007-ci ildən bu günə qədər Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
R.Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1983-cü ildə əmək fəaliyyətinə başlayıb. 1983-1985-ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında preparator, 1985-1987-ci illərdə Sovet Ordusu sıralarında bölmə komandiri, 1987-1989-cu illərdə Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında laborant, 1989-1990-cı illərdə Neft-Kimya İnstitutunda mühasib, 1990-1991-ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 1991-ci ildə "Gənclik" Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib 1991-1992-ci illərdə "Amal" kiçik müəssisəsində baş mühasib, 1992-1994-cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 1995-1996-cı illərdə "Elmarbank" Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994-2003-cü illərdə "Debut" Səhmdar Kommersiya Bankının "Sahil" filialında şöbə müdirinin müavini, 2003-2006-cı illərdə "Bakı yoltikintiservis" Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006-2007-ci illərdə "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrimdə çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2007-ci il tarixli 2078 nömrəli Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilib. Ailəlidir, 3 övladı var.