Bakıdakı tarixi binanın üzərində mansard tikilib - VİDEO


Nəsimi rayonu, 28 may küçəsindəki tarixi binanın üzərində əlavə tikinti işləri aparılıb.

bu barədə tanınmış memar Elçin Əliyev sosial şəbəkədə məlumat yayıb. O, sözügedən yeni tikilinin fotolarını feysbukda paylaşaraq binada qanunsuzluğa yol verildiyini qeyd edib. 
Memarın sözlərinə görə, 1908-ci ildə tikilən bu bina Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən qafqazinfo-ya bildirilib ki, bununla əlaqədar Mədəni İrsin Qorunması Dövlət Xidmətinə artıq məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

Top