Saxlanılan şöbə müdiri ilə bağlı BSU-dan açıqlama


Bakı Slavyan Universiteti (BSU) barəsində cinayət işi açılan şöbə müdiri haqda KİV-də yayılan xəbərlərə münasibət bildirib.

Universitetin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib: "Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva bu ali təhsil müəssisəsinin Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, dosent Dürdanə Əliyevanın çoxsaylı qanunsuz əməlləri (hətta universitetə aid olmayan) ilə bağlı müvafiq qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edib. Hazırda Baş Prokurorluq tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri davam etdirilir. Diqqətinizə bir faktı da çatdırmağı məqsədəuyğun hesab edirik ki, Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsində təhsil alan tələbələr və onların valideynləri tərəfindən bu məsələ ilə bağlı kütləvi informasiya vasitələrinə müraciət edilməyib və bu məlumatın heç bir əsası yoxdur".

DİGƏR XƏBƏRLƏR

Top