Paşinyan Rusiyanın baş naziri ilə Qarabağ məsələsini müzakirə edib


Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustinlə görüşüb.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, Kazanda baş tutan görüş zamanı sülhməramlıların Qarabağdakı fəaliyyətləri və bölgədəki ümumi vəziyyət müzakirə edilib. Paşinyan  Rusiya prezidenti Vladimir Putinin Qarabağda müharibənin dayandırılmasında xüsusi rol oynadığını deyib və bu istiqamətdə görülən işlərə görə təşəkkür edib. 
Mişustin isə Ermənistan və Azərbaycan baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli komissiyanın işinin davam etdiyini xatırladıb.

DİGƏR XƏBƏRLƏR

Top