
Bu ilin ilk rübü ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə 142 milyon dollar əməliyyat məsrəfləri və 463 milyon dollar əsaslı məsrəflər xərclənib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk rübündə AÇG layihəsində əməliyyat məsrəfləri 8 milyon dollar, əsaslı məsrəflər isə 59 milyon dollar azalıb.
Son 9 ildə AÇG layihəsində əməliyyat və əsaslı məsrəflər belə olub:
Əməliyyat məsrəfləri (milyon dollar) |
Əsaslı məsrəfləri (milyon dollar) |
|
2013 | 1 052 | 2 068 |
2014 | 1 000 | 2 300 |
2015 | 760 | 1 900 |
2016 | 503 | 1 450 |
2017 | 456 | 1 180 |
2018 | 505 | 1 150 |
2019 | 567 | 1 476 |
2020 | 531 | 1 817 |
2021 (ilk 3 ay) | 142 | 463 |