Son bir ildə 92 azərbaycanlı "BP-Azərbaycan"dakı işini itirib


Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 425 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Yeniavaz.com "BP-Azərbaycan" şirkətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə BP şirkətində çalışan azərbaycanlıların sayı 3,6% və ya 92 nəfər, bu ilin əvvəlindən ötən dövr ərzində isə 0,7% və ya 17 nəfər azalıb.
Şirkətdən verilən məlumatda həmçinin qeyd olunur ki, Azərbaycanda ixtisaslı işçilərinin təxminən 90%-ini yerli mütəxəssislər təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top