Koronavirus səbəbilə dünyasını dəyişən Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin direktoru Namiq Nağıyev Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində dəfn olunub.
Yeniavaz.com xəbər verir ki, dəfndə təhsil naziri Emin Əmrullayev, mərhumun yaxınları və bir sıra ziyalılar iştirak edib.
Təhsil naziri E. Əmrullayev dəfn mərasimində çıxış edərək Namiq Nağıyevin təhsil sahəsində gördüyü işlərdən, onun vicdanlı və dürüst həyat fəaliyyətindən bəhs edib.
Xatırladaq ki, Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin direktoru Namiq Nağıyev ötən gün koronavirusdan vəfat edib.
Allah rəhmət eləsin!