Navalnıya qarşı daha bir cinayət işi açıldı


Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnıya qarşı daha bir cinayət işi açılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Navalnı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 239-cu maddəsinin 1-ci bəndinə əsasən “vətəndaşların hüquqlarını pozan qeyri-kommersiya təşkilatının qurulması”da şübhəli bilinir. Həmin cinayət işi ilə əlaqədar Navalnının qurduğu Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru Leonid Volkovun da məsuliyyətə cəlb ediləcəyi bildirilib. Leonid Volkov isə Rusiya məhkəməsinin bu qərarından sonra Korrupsiyaya Qarşı Mübarizə Fondunun ləğv olunduğunu açıqlayıb. 

DİGƏR XƏBƏRLƏR

Top