İrəvanda Qandinin heykəli yandırıldı


İrəvanda Hindistanın milli azadlıq hərəkatının lideri Mahatma Qandinin heykəli yandırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia”məlumat yayıb. Xəbərdə deyilir ki, məşhur hindistanlı siyasətçinin keçən il ucaldılmış heykəli Hindistana qarşı dostluq jesti kimi qəbul edilirdi.
İrəvan meri hadisəni tənqid edərək, bunu açıq-aşkar vandalizm adlandırıb.
Qeyd edək ki, Qandinin heykəli bundan iki gün əvvəl yumurta atəşinə tutulub. Aprelin 28-i gecə saatlarında isə heykəl yandırılıb. Hadisəyə səbəb 24 apreldə Hindistanın Ermənistandakı səfirliyinin tviter səhifəsində qondarma erməni soyqrımı  ilə bağlı paylaşım edildikdən sonra “soyqırım” sözünün silinməsi olub.
 

DİGƏR XƏBƏRLƏR

Top