Əli Nağıyev və Armen Abazyan sonuncu dəfə bir ay qabaq görüşüb – Erməni KİV


"Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevlə Ermənistan Respublikası Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında sonuncu dəfə bir ay qabaq görüş olub".
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” Ermənistan Təhlükəsizlik Xidmətinin direktor müavini Stepan Melkonyana istinadla məlumat yayıb. Bildirilib ki, görüşlər mütəmadi olaraq əsirlərlə bağlı məsələlərin həlli üçün keçirilir. Birbaşa görüşlərdən əlavə hər iki ölkə rəsmisi arasında telefon danışıqlarının olduğu da vurğulanıb.
Xatırladaq ki, Əli Nağıyevlə Armen Abazyanın Zəngəzurda Vorotan və Şurnux kəndlərinə bitişik ərazidə görüşdüyü iddia edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top