Alimpaşa Məmmədovun oğlu da həbs oluna bilər - Vəkil


Şəmkirin həbs edilən sabiq icra başçısı Alimpaşa Məmmədovla bağlı DTX-nin açıqladığı rəsmi məlumatda onun, yüksək məbləğli qanunsuz alqı-satqı əməliyyatlarını oğlu Adil Adilzadənin adına rəsmiləşdirməsi ilə bağlı ittihamlar da mövcuddur.
Yeniavaz.com
xəbər verir ki, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, vəkil Xəyal Bəşirov bu ittihamlar sübuta yetirilərsə, Adil Adilzadənin də həb soluna biləcəyini bildirib:
“Məlum olub ki, Şəmkir rayonun yeni həbs olunan icra başçısı Alimpaşa Məmmədov 4 milyon manatlıq dövlət əmlakını on səkkiz min dəfədən də ucuz, yəni 220 manata könüllü olaraq orduya yazılan, ancaq İkinci Qarabağ müharibəsində iştirak etməyən oğlu Adil Adilzadənin adına rəsmiləşdirib. 
Əgər bu iddia sübuta yetirilərsə, icra başçısının oğlu da atasının külli miqdarda dövlət əmlakını talama ilə bağlı qanunsuz və hüquqazidd əməllərində iştirak etdiyinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu artıq bəlkə də yeni bir hal olacaq ki, icra başçısının oğlu da atası ilə birlikdə korrupsiya və qanunsuz əməllərə görə ittiham olunur”.

DİGƏR XƏBƏRLƏR

Top