Navalnı məhkəməyə çıxarıldı: "Sadəcə skeletdən ibarətəm"


Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnının məhkəməsi keçirilib. 
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Navalnı məhkəmə zamanı kəskin arıqlamasına diqqət çəkib. 72 kiloqrama düşdüyünü bildirən rus müxalifətçi orta məktəb şagirdi boyda qaldığını bildirib:
“Mən 7-ci sinifdə oxuyanda bu çəkidə idim. Sadəcə skeletdən ibarətəm”.
Yuliya Navalnaya həyat yoldaşı Aleksey Navalnının məhkəmə salonuna həbsxana forması geyinib, başı qırxılmış və üzü batmış vəziyyətdə çıxarıldığını vurğulayıb.
Hakim Navalnıya ayağa qalxmağı təklif etsə də rusiyalı müxalifətçi vəziyyətinin ağır olduğunu dilə gətirərək bunda imtina edib. 

DİGƏR XƏBƏRLƏR

Top