Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan ölkədə COVID-19 əleyhinə peyvəndlənməsi vəziyyətin utancverici olduğunu bildirərək, nazirlərin təcili peyvəndlənməsinə göstəriş verib.
Yeniavaz.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, müvəqqəti baş nazir bu barədə parlamentin iclasında danışaraq, peyvəndlənmənin belə zəif getməsini utancverici hal kimi qiymətləndirib:
“Ermənistanda vaksinasiya utancverici haldadır. Gəlin özümüzdən başlayaq. Salondakıların hamısının bir həftə içərisində koronavirusa qarşı peyvənd olunacaqları barədə razılığına gələk. Ermənistanda sadəcə 2690 nəfər peyvənd olunub. Peyvənd olunan vətəndaşların göstəricisi ölkənin iqtisadi, sivil və siyasi keyfiyyətlərinin göstəricisidir".