
Ölkənin aparıcı tikinti şirkətlərindən olan “Qartal Tikinti Firması” Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti və “Azneft” İstehsalat Birliyinə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclasları bu gün - 29.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakimləri Kənan Hüseynov və Emin Əliyevin sədrliyi ilə keçiriləcək.
Məhkəmə iddiasının podrat müqaviləsi üzrə mübahisələrə görə qaldırıldığı bildirilir.
Qeyd edək ki, hüquqi ünvanı Sumqayıt şəhəri 48-ci məhəllə, Koroğlu pr. 278-də yerləşən “Qartal Tikinti Firması” hündürlükdə işlər, telekommunikasiya obyektlərinin tikintisi və xüsusi təyinatlı obyektlərin tikintisi üzrə ixtisaslaşıb. Firmanın sahibi və qanuni təmsilçisi Məmmədov Şahin İdris oğludur.
A. Cəfərov