Makrona Fransanın dağılacağı barədə xəbərdarlıq edən generallar cəzalandırılır


Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi François Lekontre ölkənin parçalacağı barədə prezident Emmanuel Makrona xəbərdarlıq məktubu göndərən generallarla bağlı tədbir görüləcəyini açıqlayıb. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Lekontre  məktubu imzalayan ehtiyatda olan generalların hərbi şuraya çağırılacağını daha sonra isə xidmətdən tamamilə kənarlaşdırıla biləcəyini deyib. Makronun bununla bağlı qərar verəcəyi gözlənilir.
Xatırladaq ki, Fransanın “Valeurs Actuelles” qəzeti bir neçə min hərbçinin imzaladağı Makrona ünvanlanan məktubu yayımlamışdı. Məktubda, Fransanın dağılmasına səbəb ola biləcək irqi müharibədən bəhs edilir. Fransalı hərbçilər islamçıların respublikanın müxtəlif bölgələrində öz nizamlarını qurmağa başladıqları barədə xəbərdarlıq etmişdilər. 

DİGƏR XƏBƏRLƏR

Top