Yaxın zamanlarda bütün "MilliÖn" terminalları yeni əskinaslara uyğunlaşdırılacaq


Yaxın zamanlarda bütün "MilliÖn" kartomatlarında yeni əskinaslarla "BakıKart" nəqliyyat kartlarının doldurulması xidməti işə salınacaq.

Yeniavaz.com xəbər verir ki, bunu Trend-ə "MilliÖn"ün abunə şöbəsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib.

Onun sözlərinə görə, "MilliÖn" "BakıKart"la birgə terminalların proqram təminatının yenilənməsi üzrə iş aparır:

"Yenilənmədən, bir sıra xidmətlərin təkmilləşdirilməsindən sonra bütün mövcud terminallarda gediş kartlarının yeni əskinaslarla doldurulması mümkün olacaq".

O qeyd edib ki, hazırda yeni əskinasların qəbulu Bakıda avtobus dayanacaqlarında yerləşən 150 terminalda mümkündür:

"Market və digər obyektlərdə yerləşən terminalların proqram təminatının yenilənməsi üzrə işlər davam edir".

DİGƏR XƏBƏRLƏR

Top