ABŞ XİN-dən Baydenin “soyqırım” ifadəsi ilə bağlı açıqlama


ABŞ xarici işlər naziri Antoni Blinken Türkiyə ilə gərginliyə səbəb olan hadisələrə toxunub.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, Blinken bu məsələyə xarici jurnalistlərlə mətbuat konfransında toxunub. Nazir bildirib ki, Türkiyə ilə aralarında gərginliyi artıran “erməni soyqırımı” sözünün Co Bayden tərəfindən işlənməsi sürpriz deyil. Bu barədə uzunmüddətli görüşmələrdən sonra qərar verilib.
Blinken Bayden və Ərdoğan arasındakı telefon danışığının olduqca yaxşı keçməsinə toxunaraq, iki liderin üz-üzə görüşmələrinə pozitiv yanaşdığını da qeyd edib.
Bundan əlavə o, S-400 və qadağalar məsələsinə də toxunub. Nazir bildirib ki, Türkiyə başda olmaqla, ABŞ-ın digər müttəfiqləri də Rusiyadan silah almamalıdır. Əks halda həmin dövlətə qarşı  "ABŞ-ın düşmənlərilə sanksiyalar yolu ilə mübarizə aparma qanunu"na (CAATSA) əl atacaqlarını vurğulayıb.​​​​

DİGƏR XƏBƏRLƏR

Top