
Tanınmış aktyor Taleh Yüzbəyovun adından istifadə edərək dələduzluq ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə aktyorun özü sosial şəbəkələr vasitəsilə məlumat verib. O, izləyicilərinə dələduzluqla bağlı xəbərdarlıq edib:
“Uşaqlar, kimsə mənim adımdan səhifə açıb, nəsə uduşlu yarışma keçirir. 50 000 azn uduş da təyin edib. Xahiş edirəm, bu cür oyunlara qoşulmayasınız. Bu işlə mənim heç bir əlaqəm yoxdur. Həmin adamı şəxsən tanıyanınız varsa deyin ki, adam belə şey eləməz”.
