Köçəryan: “Türkiyə ilə sərhədin açılması kənd təsərrüfatımıza böyük zərbə vuracaq”


Ermənistanın sabiq prezidenti Robert Köçəryan Türkiyə ilə sərhədin açılması barədə danışıb.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, Köçəryan Türkiyə-Ermənistan sərhədlərinin açılmasının ölkəyə zərər verəcəyini bildirib:
“Sərhədlərin bağlı olmasının yaxşı bir şey olduğunu deyə bilmərik. Ancaq bir şey aydındır ki, bu gün Türkiyə ilə sərhədin açılması kənd təsərrüfatımıza böyük zərbə vuracaq. Çünki kənd təsərrüfatımız rəqabətdədir. Türkiyədə əkinçiliyin daha yaxşı vəziyyətdə, daha böyük həcmdə olduğu məlumdur. Ermənistanda bu sahə olduqca zəifdir. Bu o deməkdir ki, sərhəd indi açılsa, Ararat vadisindəki kəndlilərimizin vəziyyəti dəhşətli olacaq”.
Köçəryan bildirib ki, Türkiyə ilə sərhədlərin açılması üçün kənd təsərrüfatı sahəsinin bir neçə il ərzində yüksəldilməsi istiqamətində işlər görülməlidir.

DİGƏR XƏBƏRLƏR

Top