Türkiyə ordusunun 1 hərbçisi şəhid oldu


Türkiyənin Şimali İraqda həyata keçirdiyi “Pəncə-İldırım” əməliyyat bölgəsində yerləşən türk hərbi bazasına terror qruplaşması tərəfindən hücum edilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Hücum nəticəsində 1 türk həbçisi şəhid olub, 2-si yaralanıb. Şəhid olan hərbçinin 22 yaşlı Hüsamettin Gökçe olduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top