Lukaşenkoya sui-qəsd hazırlayanlardan birinin etirafları yayımlandı


Belarus prezidenti Aleksandr Lukaşenkoya sui-qəsd hazırlayan şəxslərdən biri Yuri Zenkoviç ABŞ-la əlaqələrini etiraf edib.
Yeniavaz.com
xəbər verir ki, Zenkoviç bu barədə Belarusun ONT telekanalında nümayiş olunan "Prezidentini öldür" filmində göstərilən dindirmə zamanı danışıb. O, ABŞ-ın xüsusi xidmət orqanları ilə əlaqə qurduğunu etiraf edib:
“FBI-la əlaqə qurdum. Düşünürəm ki, bizimlə danışan üçüncü şəxs MKİ-dən(ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) idi. O zaman Nyu-Yorkda vəkil köməkçisi işləyirdim".
Zenkoviçin sözlərinə görə, ABŞ kəşfiyyat xidmətinin nümayəndələri onun ofisinə gəliblər:
“Özlərini konstitusiya quruluşunu qoruma şöbəsi və ya buna bənzər bir vəzifənin sahibləri kimi təqdim etdilər. KQB agenti olub-olmadığımı öyrəndilər. Sonra onlarla işləmək istəyib-istəmədiyimi soruşdular”.
Qeyd edək ki, apelin 17-də Belarus prezidenti Aleksandr Lukaşenko ona və oğluna sui-qəsd cəhdi olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top