Şəhid Xudayar haqda paylaşımına görə döyülən gənclə bağlı DİN-dən AÇIQLAMA


Daxili İşlər Nazirliyi şəhid Xudayar Yusifzadə haqda müzakirələrə səbəb olan paylaşım edən gəncin döyülməsi ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə Nazirliyin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-a açıqlamasında bildirib. O qeyd edib ki, dünən axşam saatlarında Bakı şəhərində vətəndaş Fuad Rəsulzadənin döyülməsini əks etdirən videogörüntülərdən xəbərdardırlar:
“Vətəndaşa fiziki təzyiq göstərməklə onu döyməkdə şübhəli şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, Fuad Rəsulzadə “twitter”də Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə haqqında müzakirələrə səbəb olan paylaşım edib.

DİGƏR XƏBƏRLƏR

Top