Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın iclası keçirilib


Bu gün Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın iclası keçirilib.

Bu barədə İsrail xarici işlər naziri Qabi Aşkenazi "Twitter" hesabında məlumat verib.

"Bu gün nazir Mikayıl Cabbarovla birgə İsrail və Azərbaycan Hökumətlərarası Komissiyanın iclasına həmsədrlik etməkdən məmnun oldum. Məhsuldar müzakirələr aramızdakı dostluğu əks etdirir", İsrail XİN başçısı qeyd edib.

Bu il İsraildə Azərbaycanın rəsmi Turizm və Ticarət Bürolarının açılışının planlaşdırıldığını qeyd edən Q.Aşkenazi bunu alqışladığını bildirib. 

"Bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində mühüm addımdır", İsrail XİN başçısı vurğulayıb.


apa

DİGƏR XƏBƏRLƏR

Top