Mingəçevir məktəblisi beynəlxalq müsabiqədə gümüş medala layiq görülüb - FOTOLAR


25 dekabr 2020-ci il tarixində Türkiyənin İzmir şəhərində “BUCA IMSEF Beynəlxalq Elm Müsabiqəsi”nin qaliblərinin onlayn mükafatlandırılması tədbiri keçirilib. Dünyanın 24 ölkəsindən 74, Türkiyənin isə 27 şəhərindən 90 layihənin qoşulduğu bu beynəlxalq əhəmiyyətli elmi layihə müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin şagirdi Raya Həsənli gümüş medala layiq görülüb.
Yeniavaz.com xəbər verir ki, Bu gün Mingəçevir Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev qalib olan məktəblini və onun müəllimi 16 saylı tam orta məktəbin direktoru Sevinc Həsənovanı sertifikatlar və medallarla tltif edib, qaliblərə uğurlar arzulayıb.
Məlumat üçün bildirək ki, Raya Həsənli “Tullantıdan möcüzəyə” adlı layihəsini AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda yerinə yetirib. Onun elmi rəhbrləri İnstitutun elm işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev, elmi işçi Mirəli İsakov və Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin direktoru Sevinc Həsənova olub.
Layihənin mahiyyəti acı badamdan müalicəvi badam yağının alınması texnologiyasının yaradılmasından bəhs edir.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top