Nazir direktoru işdən çıxardı - FOTO


Qubada məktəb direktoru işdən çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, çalışmanın son yaş həddinə çatması ilə əlaqədar olaraq rayonun İspik kənd tam orta məktəbinin direktoru Kərimov Bəxtiyar Ağakərim oğlu vəzifəsindən azad edilib.
Qeyd edək ki, B.Kərimov təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev tərəfindən Fəxri fərmanla təltif olunub.

DİGƏR XƏBƏRLƏR

Top