Gəlinini döyən qayınana danışdı - VİDEO


Sosial şəbəkələrdə qadının gəlinini döyməsi faktı ilə bağlı videogörüntülər yayılıb. Hadisə bir neçə gün öncə Lənkəran rayonu Yuxarı Nüvədi kəndindən baş verib.
Yeniavaz.com
xəbər verir ki Baku TV hadisə yerində olub, ailə üzvləri ilə görüşüb.
Söhbət zamanı 75 yaşlı qaynana Girdənaz Qurbanova və 31 yaşlı gəlin Rəmziyyə Qurbanova aralarında heç bir problemin olmadığı deyiblər.
Baş verən hadisədən də şikayətçi deyillər. Yayılan məlumatlarda gəlinin hamilə olduğu deyilsə də, iki uşaq anası olan Rəmziyyə Qurbanova bunun yalan məlumat olduğunu bildirib.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirildi ki, videogörüntülərdə qadının fiziki zorakılığa məruz qalması faktı ilə bağlı dərhal araşdırmalar başladılıb. Hazırda yerli icra hakimiyyəti nəzdində fəaliyyət göstərən Gender zorakılığına qarşı mübarizə komissiyası və hüquq mühafizə orqanları ilə birlikdə araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top