
ABŞ ordusu üçün gecə görmə qabiliyyətini artıran “ENVG-B” adlı eynəklər hazırlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bəhs edilən eynəklər xəritə və radioqəbuledicilərdən məlumatlar əldə edə bilir. "ENVG-B” tam qaranlıq şəraitdə hərbçilərin görmə qabiliyyətini artırır və onların rahat manevr etməsini təmin edir. Həmin cihaz “L3Harris Technologies” şirkəti tərəfindən istehsal olunub.
Qeyd edək ki, istehsalı üçün külli miqdarda vəsait ayrılan eynəklər ictiamiyyətə ilk dəfə təqdim olunub. Bu barədə təqdim edilən video sosial şəbəkə istifadəçiləri tərəfindən ən çox izlənən görüntülərdən birinə çevrilib.