![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/4/28/1/5e2eee7c-9650-4f82-8360-d100ef88a206/parlaq-ulduz.jpg)
NASA “AG Carinae” adlı nəhəng ulduzun görüntülərini yayımlayıb.
Yeniavaz.com “İndependent”ə istinadla xəbər verir ki, bəhs edilən ulduz Yer kürəsindən 20 min işıq ili (bir işıq ili təxminən 9 trilyon kilometrdir) uzaqda yerləşir. Günəşdən 70 dəfə böyükdür, milyon dəfə daha parlaqdır. “AG Carinae”nin təxminən 10 min il əvvəl meydana gəldiyi bildirilib. NASA-dan verilən məlumata görə, həmin ulduz ömrünün son vaxtlarını yaşayır. Artıq bir müddətdən sonra partlayaraq məhv olacaq.
Ulduzun görüntülərini təqdim edirik: