Peyvənd olunanların sayı açıqlandı


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 871 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6711, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9160 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 456 114, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 953 545, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 502 569 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top