20 gün əvvəl rebrendinq edən şirkət bu gün ləğv olunduğunu açıqladı


20 gün əvvəl - 9 aprel tarixində rebrendinq ( təşkilati-hüquqi formasını dəyişib) edən şirkət bu gün -28 aprel tarixində ləğv olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, 9 aprel tarixində “Xəzər İstehsal” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN- 1000648351) Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edib. 28 aprel tarixində isə “Xəzər İstehsal” Qapalı Səhmdar Cəmiyyətinə ləğv olunduğunu bildirib.
Məlumat üçün qeyd edək ki, “Xəzər İstehsal” MMC (QSC) 30.05.2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 010 manat olan QSC-nin qanuni təmsilçisi Mürşüd Qiyas oğlu Abdullayevdir.

 

DİGƏR XƏBƏRLƏR

Top