Rusiya slovakiyalı diplomatlara ölkəni tərk etmələri barədə xəbərdarlıq etdi


Rusiya Slovakiyanın Moskvadakı səfirliyinin üç işçisini “persona non grata” elan etdi. 
Yeniavaz.com
"TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Diplomatlara 5 may tarixində günün sonuna qədər ölkəni tərk etmələri bildirilib. Rusiyanın bu addımı Slovakiyaya cavab olaraq atdığı bildirilib. Belə ki, Slovakiya baş naziri Eduard Heger üç rus diplomatın ölkədən qovulması haqda məlumat vermişdi. Heger bununla Çexiyaya dəstək göstərdiklərini bildirmişdi.



 

DİGƏR XƏBƏRLƏR

Top