Cavad Zərif qalmaqallı səs yazısı ilə bağlı açıqlama verdi


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Qasım mediaya sızdırılan səs yazısı ilə bağlı açıqlama verib. 
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Zərif bu barədə “Instagram” hesabında paylaşım edib. 
Nazir paylaşımda gizli çıxışının yayılaraq daxili mübahisələrə səbəb olduğuna görə peşmançılığını dilə gətirib və şəxsi həyatının müzakirə mövzusuna çevrilməsinə görə narahat olduğunu bildirib. O həmçinin qeyd edib ki, Qasım Süleymani ilə 20 il dostluq ediblər və beynəlxalq müstəvidə onun haqlarını müdafiə edib.
Qeyd edək ki, bəhs edilən səs yazısında Zərif 2020-ci ilin yanvar ayında öldürülən iranlı general Qasım Süleymanini tənqid edib, Rusiya və ABŞ barədə isə qalmaqallı açıqlamalar verib.

DİGƏR XƏBƏRLƏR

Top